10.Türkçe Olimpiyatları (Azerbaycan) Bolu yöresi Halk Dansları

10-cu Beynəlxalq Türk dili Olimpiadası çərçivəsində təşkil olunan müsabiqənin növbəti mərhələsi Ordu şəhərində keçirilib.
Türkiyənin haberler.com portalına istinadən xəbər verir ki, Orduda təşkil olunan müsabiqədə 20 ölkədən 70 iştirakçı öz istedadını nümayiş etdirib.
Məlumata görə, müsabiqəyə qatılan ölkələrin qrupları Türk dilində və ana dillərində mahnılar səsləndirib, şeir söyləyib, Anadolu və milli rəqs nümunələri göstəriblər.
Qeyd olunur ki, Ordu şəhər stadionunda keçirilən müsabiqəni canlı izləyən Türkiyənin daxili işlər naziri İdris Naim Şahin proqramdan sonra iştirakçılarla görüşüb.